AZ

"Neftçi" rəhbərliyinin kəskin etirazından sonra AFFA hərəkətə keçdi - SON DƏQİQƏ

Bu mövsüm hakim idarəçiliyindən ən çox əziyyət çəkən klub "Neftçi"dir.

"Ağ qaralar" referilərin səhv qərarları ucubatından dəfələrlə xal itkisinə məruz qalıb.

Artıq sistemli hal alan proses klub rəhbərliyinin də səbr kasasını daşırıb.

Məşqçilər korpusu, futbolçular qarşılaşdıqları haqsızlıqdan beziblər.

Hər ötən tur etirazlar böyüyür, narazılıqlar pik həddə çatıb.

Belədə "Neftçi"nin söz sahibləri də vəziyyətə səssiz qalmaq fikrində deyil.

Daha əvvəl xəbər verdiyimiz kimi, ilk addımlar atılıb.

Klub kəskin narazılığını şifahi olaraq ən üst səviyyədə AFFA rəhbərliyinə çatdırıb.

Sabah isə federasiyada görüş baş tutacaq.

AFFA mənsubları ilə "Neftçi" rəhbərliyi üz-üzə gələcək.

Görüşdə həm "Zirə" ilə son qarşılaşmada, həm mövsümün arxada qalan bölümündə hakimlərin "Neftçi"nin əleyhinə verdiyi qərarların hesabatı aparılacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr