AZ

Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropanın daha bir paytaxtı turistləri qaydalara əməl etməyə cəza ilə deyil, mükafatlarla həvəsləndirmək qərarına gəlib. Berlində "BerlinPay” adlı yeni təşəbbüsə start verilir. Bu proqram çərçivəsində səyahətçilər "yaşıl” və sosial faydalı fəaliyyətlərinə görə mükafatlandırılacaqlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "TimeOut” nəşri yazır.

Məqalədə qeyd olunur ki, Almaniya paytaxtı qeyri-rəsmi atmosferi ilə tanınsa da, son dövrlərdə artan turist axını ilə yanaşı zibil probleminin də kəskinləşməsi ilə üzləşib. Məhz buna görə şəhər bu problemin həllinə ziyarətçiləri də cəlb etməyə qərar verib.

Proqramın mahiyyəti ondan ibarətdir ki, turistlər faydalı fəaliyyətlərə görə bonuslar qazanırlar. Məsələn, zibil toplamaq, yerli sosial layihələrdə iştirak etmək və ya ictimai məkanların abadlaşdırılmasına kömək etmək buna daxildir. Bunun müqabilində onlar müxtəlif mükafatlar əldə edə bilirlər: pulsuz və ya endirimli muzey biletləri, tərəfdaş restoranlarda yeməklər və ya xüsusi hazırlanmış şəhər tədbirlərində iştirak imkanı.

Qeyd edilir ki, bu yanaşma cəza mexanizminə deyil, müsbət stimullaşdırmaya əsaslanır. Oxşar model artıq Kopenhagendə "CopenPay” proqramı vasitəsilə sınaqdan keçirilib. Həmin proqramda turistlər şəhərə qatarla səyahət etdiklərinə görə belə bonuslar əldə edirdilər. Berlin isə bu təcrübəni daha da inkişaf etdirməyi planlaşdırır və daha məsuliyyətli turist davranışının şəhərlə daha sıx əlaqə yaradacağını düşünür.

"BerlinPay” proqramının bu yay xüsusi kampaniya formatında istifadəyə verilməsi planlaşdırılır. Bu il əsas mövzu su turizmi olacaq. Diqqət şəhərin su hövzələrinə yönəldiləcək: iştirakçılar çay kənarlarında zibil yığa və ya kiçik ictimai təşəbbüslərə qoşula biləcəklər, eyni zamanda şəhəri fərqli prizmadan tanıyacaqlar.

Məlumata görə, ötən il Berlinin təmizliyinə 13,1 milyon avro xərclənib ki, bu da əvvəlki illə müqayisədə daha çoxdur. Turistlər problemin yeganə səbəbi olmasa da, proqram onları həllin bir hissəsinə çevirməyi hədəfləyir.

Şəhər rəhbərliyi ümid edir ki, bu cür təşəbbüslər yalnız pulsuz ekskursiyalar və yemək kimi bonuslarla turistləri cəlb etməyəcək, həm də səyahət mədəniyyətini daha məsuliyyətli və iştirakçı yönümlü edəcək.

Xatırladaq ki, 2024-cü ildən etibarən Danimarkanın paytaxtı Kopenhagendə səfər edən və ekoloji məsuliyyət nümayiş etdirən turistlər pulsuz içki, yemək və əyləncə ilə mükafatlandırılır. Bu, şəhərin "CopenPay” turizm proqramı çərçivəsində həyata keçirilir. Bildirilir ki, aksiyaya 24 məkan, o cümlədən Danimarka Milli Muzeyi, "CopenHill” ictimai məkanı, su üzərində aktiv istirahət mərkəzi "Green Kayak” və "Absalon” food hall-ı qoşulub.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
2
qaynarinfo.az

3Mənbələr