AZ

Çinin insanabənzər robotları rekord qırdı

Paytaxt Pekin şəhərində ikinci dəfə keçirilən, insanların və insanabənzər robotların eyni marşrutda yan-yana yarışdığı qaçış yarışı idman və texnologiyanın maraqlı birləşməsinə şahidlik edib.Metbuat.az xəbər verir ki, “Pekin E-Şəhər Yarı Marafonu və İnsanabənzər Robot Yarı Marafonu” adlanan tədbirdə 21,1 kilometrlik məsafədə insansı robotlar yarışı insanın eyni məsafədə əldə etdiyi ən yaxşı nəticədən daha sürətli vaxtla başa vurublar. Çinin mobil telefon istehsalçısı Honor tərəfindən hazırlanmış eyni model insanabənzər robot 50 dəqiqə 26 saniyə nəticə ilə birinci olub. Eyni modeldən olan, fərqli komandalar tərəfindən yarışdırılan iki robot isə 50 dəqiqə 56 saniyə və 53 dəqiqə 1 saniyə nəticələrlə onu izləyiblər.Yarı marafon üzrə dünya rekordu kişilər arasında uqandalı atlet Jacob Kiplimo tərəfindən 2026-cı ilin martında Lissabon şəhərində keçirilən yarışda 57 dəqiqə 20 saniyə nəticə ilə qırılıb.

Qadınlarda isə rekord 2021-ci ildə Valensiya şəhərində 1 saat 2 dəqiqə 52 saniyə nəticə göstərən efiopiyalı atlet Letesenbet Gidey məxsusdur.

Seçilən
29
metbuat.az

1Mənbələr