AZ

Konor Makqreqor geri qayıdır: Döyüş tarixi bəlli olub

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

UFC-nin iki çəkidə keçmiş çempionu Konor Makqreqor uzun müddətdir gözlənilən geri qayıdışı ilə bağlı rəsmi bəyanat yayıb. İrlandiyalı döyüşçü keçmiş dostu və sparrinq tərəfdaşı Artem Lobovla aralarındakı "Proper No. Twelve" viski brendi ilə bağlı məhkəmə davası yekunlaşdıqdan sonra bu qərarı verib.

İdman.Biz “Mirror” nəşrinə istinadla xəbər verir ki, Makqreqorun vəkili Mark Laynem tərəfindən oxunan bəyanatda idmançının bu yay döyüşəcəyi təsdiqlənib.

Konor bəyanatında bildirib:

“Məsələnin həll olunmasından razıyam və artıq bütün diqqətimi məşqlərə və bu yay keçiriləcək döyüşümə yönəldə bilərəm. Artemə viski biznesimdəki zəhmətinə görə təşəkkür edirəm”.

Məlumata görə, Makqreqorun geri qayıdışı 11 iyul 2026-cı il tarixinə planlaşdırılır. Onun Las-Veqasda keçiriləcək ənənəvi "Beynəlxalq Döyüş Həftəsi" (International Fight Week) çərçivəsində döyüşəcəyi gözlənilir.

Qeyd edək ki, bu, Konorun 2021-ci ildə Dastin Puarye ilə döyüşdə aldığı ağır zədədən sonra keçirəcəyi ilk MMA qarşılaşması olacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
icma.az

1Mənbələr