Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edən "Kəpəz" 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:
"İmişli"nin müdafiədə necə qapanmasını bilirdik. Oyunçularımıza da bunu bildirmişdik. Xüsusilə standart vəziyətlərdən ehtiyatlı olmağı tapşırmışdıq. Lakin, standart vəziyətdən qol buraxdıq. Son oyunlar daha vacib olacaq. Ona görə də bu oyunu unudub komandanı qələbəyə kökləmək lazımdır".
- Son vaxtar mətbuatda "Kəpəz"lə bağlı gəzən söz-sohbətlərin bu günki məğlubiyyətdə rol oynadığını düşünürsünüzmü?
- Hər şey ola bilər. Futbolçular da insandır. Fikrimcə, oyuna yaxşı köklənmişdik. Xırda bir səvdən qol buraxdıq. Futbolda belə şeylər olur. Rəhbərlik də dəyişə bilər. Bu normaldır. Futbolçular bu düşüncələrdən uzaq olmalıdır. Oyunçular daha peşakar olmalıdırlar. Xüsusilə, Gəncənin Azərbaycan futbolunda yerini nəzərə alsaq, burada futbol oynamaq üçün daha məqsədyönlü olmaq lazımdır.
- Oyundan sonra Yusif İmanovla azarkeşlər arasında bir insident yaşandı...
- Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir. Yusif şəxsən mən tərəfdən cəzalanacaq. Lakin o, öz səhvini başa düşdü. Sona qədər bizə dəstək olan azarkeşlərə o cür davranmaq xoş deyil.
- Oyundan sonra paltardəyişmə otağında səsiniz aqresiv eşidilirdi...
- Mən şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Ümumi şəkildə iradım ola bilər. Biz komandayıq. Qələbə qazandığımız oyunlarda necə ki, canla-başla oynayıblar, bu matçda da elə olmalıydı. Ona görə biraz əsəbi idim.
- Vurğuladınız ki, Gəncə Azərbaycan futbolunun beşiyidir. Necə düşünürsünüz, nə vaxta kimi "Kəpəz" liqada qalmaq üçün oynayacaq?
- Bu məsələyə biraz əks tərəfdən baxaq. İlk 5-6-cı yerlər uğrunda mübarizə aparan komandalarla özümüzü müqayisə etsək büdcə fərqi öz sözünü deyir. Yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün ən azı 18 futbolçun olmalıdır. Yaxşı futbolçu komandanı irəliyə aparır.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi