AZ

 İqtisadçıdan sərt tənqid: Ölkəmizdə iqtisadi artım çox zəifdir

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İqtisadçı Razi Abasbəyli Türkiyənin Adana şəhərində İpəyirmə fabriki barədə video paylaşıb. Videoda özünü Azərbaycan vətəndaşı olaraq təqdim edən şəxs bildirir ki, fabrikə bölgələrimizdən mahlıc gətirilir, orada ip halna salınır, sonra geyim əşyaları tikilir. Və bu geyimlər təkrar bizə - Azərbaycana satılır. Halbuki belə bir fabriki ölkəmizdə də qurmaq olar, bir halda ki xammal özümüzündür. Amma, kimsənin marağında deyil bu. 

İqtisadçı “Sherg.az”a açıqlamasında isə qeyd etdi ki, belə vəziyyət hər ötən gün iqtisadi və sosial olaraq ziyanımıza işləyir. Uduzuruq. Geri düşürük. Zəifləyirik. 10 ildən sonra mənfi nəticlərlə ciddi şəkildə üz-üzə qalacağıq. Ağır nəticələri yaşamağa məhkum olacağıq:

 

- Ölkəmizdə iqtisadi artım çox zəifdir. 2025-də ÜDM artım cəmi 1.4% olub. Rəsmi hesabatlarda açıq yazılır ki, artımın zəifləməsi neft hasilatının düşməsi ilə bağlıdır. Günlük 25 min barrel neftimiz azalır. Azərbaycan üçün bu çox vacibdir, çünki, büdcə gəlirlərinin böyük hissəsi neftdən gəlir hesabına formalaşır. Sənaye demək olar ki, yerində sayır. Sənaye artımı - 0.1% – 0.2% olub. Aqrar sektor da sıradan çıxır – ölkəmizdə kənd təsərrüfatı artımı 1–1.4 faizdir. İndi rəsmi olaraq kağız üzərində infilyasiya 5-6 faizdir. Amma realda vəziyyət daha dəhşətlidir. Real həyatda qiymətlər daha çox hiss olunur. Xüsusilə ərzaq qiymətlərində bahalaşma az qala günbəgün hiss olunur. ÜDM 29.7 milyard manat. Azalma 0.3% . Son illərdə geriləmə davam edir. Neft-qaz sektoru 1.2 faiz azalıb. Əvəzində qeyri-neft sektoru 0.2 faiz “inkişaf” edib. Başqa bir rəsmi statistika - İstehlak qiymətləri indeksi - 105.7%. Və Pərakəndə ticarət dövriyyəsi 3.7% faiz artıb. Bu artım əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi deyil, qiymətlərin bahalaşması və infilyasiya göstərici deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
sherg.az

1Mənbələr