AZ

Tramp: ABŞ İran yük gəmisini Oman körfəzində ələ keçirib

BAKI, 19 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi qüvvələrinin İranın yük gəmisini Oman körfəzində ələ keçirdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında paylaşım edib.

Məlumata görə, Tramp qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Spruance” esminesi Oman körfəzində İranın “Touska” adlı gəmisini saxlayıb. Onun sözlərinə görə, gəmi ekipajına dayanmaq barədə xəbərdarlıq edilsə də, bu tələbə əməl olunmayıb.

Bildirilib ki, bundan sonra ABŞ qüvvələri gəmini dayandıraraq nəzarəti ələ keçirib və hazırda gəmi ABŞ hərbçilərinin nəzarətindədir.

Seçilən
22
11
teleqraf.com

10Mənbələr