AZ

“Doğru mövqelərə düzgün xarakterə malik futbolçular alınsa…”

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer komandanın inkişaf istiqaməti ilə bağlı fikirlərini bölüşüb.

Londonlular Premyer Liqada cari mövsümü elə də uğurlu keçirmirlər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu hazırda qalib gəlmək istədiklərini bildirib:

“Hazırda qalib gəlmək istəyirik və düşünürəm ki, yayda düzgün oyunçuları cəlb etsək, gələn mövsüm ciddi kuboklar uğrunda mübarizə apara bilərik.

Hədəfimizdən çox da uzaqda deyilik. Doğru mövqelərə, düzgün xarakterə malik futbolçular alınsa, komandada kifayət qədər keyfiyyət var və daha sabit ola bilərik.

Mövsümün ortasında yeni məşqçi gələndə hazırlıq dövrü olmur, demək olar ki, bütün diqqət oyunlardadır.

Amma yaxşı baş məşqçimiz (Liam Rosenyor) var və o, tam hazırlıq dövrü keçirsə, ideyalarını düzgün çatdırsa, top-məşqçi ola bilər”.

Palmer sonda əlavə edib ki, həm komanda, həm də baş məşqçi düzgün sistemdə işləsə, “Çelsi” böyük uğurlar qazana bilər.

Seçilən
23
sportinfo.az

1Mənbələr