AZ

İranda mülki uçuşlar tədricən bərpa olunacaq

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

İranda mülki uçuşlar tədricən bərpa olunacaq.

525.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, ölkədə mülki uçuşların dörd mərhələdə bərpa olunacaq.

Plana əsasən, birinci mərhələdə birləşdirici reyslərə icazə veriləcək. İkinci mərhələdə ölkənin şərqindəki hava limanlarından uçuşlar başlayacaq. Üçüncü mərhələdə isə ABŞ-İsrail hücumlarında böyük ziyan görən paytaxt Tehranın Mehrabad və İmam Xomeyni hava limanlarından yenidən istifadə ediləcək.

Son mərhələdə isə ölkənin qərb rayonlarında hava limanları fəaliyyətə başlayacaq.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr