AZ

ABŞ Hörmüz boğazında İran gəmisini ƏLƏ KEÇİRDİ

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında Amerika blokadasını yarmağa cəhd edən İran bayrağı altında üzən yük gəmisini saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Spruance" esminesi "Touska" gəmisinin yolunu kəsərək heyətə dayanmaq barədə xəbərdarlıq edib. Dənizçilər Amerika hərbçilərinin əmrinə tabe olmadığı üçün hərbi gəmi yük gəmisinin maşın bölməsində dəlik açaraq onu dayandırıb. Tramp hazırda dəniz piyadalarının gəmiyə nəzarət etdiyini və "Touska"nın ABŞ-ın ixtiyarında olduğunu bildirib.

Xatırladaq ki, aprelin 12-də İranla əsas razılaşmaların pozulmasından sonra ABŞ-ın Hörmüz boğazını blokadaya aldığı məlum olmuşdu. Amerika donanması beynəlxalq sularda İrana rüsum ödəyən gəmiləri izləyib saxlayır, həmçinin akvatoriyadakı minaların təmizlənməsi ilə məşğul olmağı planlaşdırır.

Seçilən
30
11
publika.az

10Mənbələr