AZ

ABŞ-də 8 uşağı öldürən şəxs hərbçi olub

BAKI, 20 aprel. TELEQRAF

ABŞ-nin Luiziana ştatında uşaqlara atəş açan şəxsin 31 yaşlı keçmiş hərbçi olduğu bildirilib.

Teleqraf xəbər verir ki, "New York Post" nəşri onun Şamar Elkins adlı şəxs olduğunu yazıb. Bildirilir ki, ölənlər arasında onun öz uşaqlarının da olması ehtimal edilir, lakin polis hələlik kimlərin həlak olduğunu dəqiqləşdirməyib.

"Daily Mail" qəzeti isə qeyd edib ki, şübhəlinin sosial şəbəkə profilində uşaqlarla çoxsaylı fotoları, eləcə də Allaha müraciət etdiyi paylaşımlar yer alıb. Həmin paylaşımlarda o, “ağlının və emosiyalarının qorunması” üçün dua edib.

Məlumata görə, Şamar Elkins polis təqibi zamanı zərərsizləşdirilib. Hadisənin motivləri araşdırılır.

Qeyd edək ki, daha əvvəl Luizianada baş verən atışma nəticəsində səkkiz uşağın həyatını itirdiyi bildirilmişdi.

Seçilən
52
1
teleqraf.com

2Mənbələr