AZ

Çempionumuza qadağa qoyuldu - Bu hərəkətinə görə

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayıb.

Sportinfo.az xəbər verir ki, Olimpiya, dünya və Avropa çempionu yarımfinalda Simeon Katarinaya (Niderland) uduzduğu görüşdə qadağan edilmiş fənd işlədib.

O, birbaşa hansoku-make aldığı üçün növbəti görüşünə qadağa qoyulub.

Son olaraq mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Seçilən
17
sportinfo.az

1Mənbələr