Bakı. Trend:
Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrəİqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasınıniştirakçılarına müraciət ünvanlayıb.
Trend xəbər verirki, müraciətdə deyilir:
"Hörmətli Baş katibin müavini,
Zati-aliləri,
Xanımlar və cənablar,
Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okeanüzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikincisessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görəBaş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və SosialKomissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regionalbağlantıların, ticarətin və iqtisadi əməkdaşlığınasanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş vətəsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusəndə, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda,bu mühüm işə töhfə verməkdən məmnunuq.
Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur.Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalqsülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzindəəldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Buxüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyüprinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.
2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra,Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycanözünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş,Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustundaAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın evsahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan iləErmənistan arasında normallaşmada tarixi irəliləyiş əldəolunmuşdur.
Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan iləErmənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda,Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır.Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadınqurulmasına töhfə verir.
Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azadedilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurmalayihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icraolunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğmayurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ vəŞərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalarhumanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiyavə Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıraölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalqəməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdansonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışlarınəticəsində həyatını itirmiş və ya yaralanmışlar.
Xanımlar və cənablar,
Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son ikionillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış,yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür.Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr,hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahınıyaxşılaşdırmışdır.
Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişafstrategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil vəsəhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdənkənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əksetdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək,Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldəetmişdir.
Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunugücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyətiartır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya vəSakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilətam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsalşəbəkələrə töhfə verərək, regional bağlantıları daha daartıracaq.
Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfəverərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısıkimi öz etibarlı rolunu oynamaqda davam edir.
Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səyləriningenişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. AzərbaycanınTürk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadiƏməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarınınməşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla evsahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinəartan etimadının təzahürüdür.
Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ayÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyiedəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalmaişlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizibölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq.Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındaiştirak etməyə dəvət edirəm.
Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun".