AZ

Moskvada QAR YAĞIB

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinin məlumatına əsasən, “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib. Sinoptikin sözlərinə görə, qar əsasən Domodedovo, Kaşira və Dmitrov rayonlarında qeydə alınıb. Gecə saatlarında ölkənin digər bölgələrində də oxşar hava şəraiti müşahidə edilib. Belə ki, Nijni Novqorod və Ryazan vilayətlərində, Vladimir və Kirov vilayətlərinin cənub hissəsində, həmçinin Tula, Lipetsk və Tambov vilayətlərinin şimalında qar yağıb. Yağıntılar həmçinin Mari El və Çuvaşiya respublikalarında, Mordoviyanın qərbində, Penza vilayətində, Perm diyarında, Sverdlovsk vilayətində, Yuqranın cənubunda, Omsk və Kemerovo vilayətlərinin şimalında, Novosibirsk vilayətində və Krasnoyarsk diyarının cənubunda da müşahidə olunub.

Tişkovets əlavə edib ki, Perm diyarında dondurucu yağış qeydə alınıb. Bu cür yağıntılar xüsusilə Çermoz və Qubaxa meteoroloji stansiyalarında müşahidə edilib.

Seçilən
12
Ajans.az

1Mənbələr