AZ

Lukaşenko: Mən Putin kimi imperator deyiləm

BAKI, 20 aprel. TELEQRAF

“Mən praqmatik insanam, Tanrı mənə vəziyyəti olduğu kimi qəbul etməyi öyrədib”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə müsahibəsində ünvanına səsləndirilən neqativ fikirlərə necə yanaşdığına və xalqın sevgisini gözləyib-gözləmədiyinə dair suala cavab verərkən deyib.

“Tanrı həmişə mənə deyir ki, səni hamı sevməyəcək. Əgər sən radikal insansansa, hətta ədalət uğrunda və ya başqa məqsədlər uğrunda mübarizə aparırsansa, çoxları səni sevməyə bilər. Mən buna hazır idim.

Hamının sevgisini qazanmağa nə əvvəllər can atmışam, nə də indi. Mən Donald Tramp və ya Vladimir Putin kimi imperator deyiləm. Onlar insanların onları sevib-sevməməsi barədə düşünə bilərlər. Mənim onların malik olduqları imkanlar yoxdur. Elə buna görə də, xüsusilə uzun illər prezidentlikdən sonra bu sevgi məsələsinə sakit yanaşıram”, Belarus lideri bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr