
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqlar aparmaq üçün İslamabada səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı adı açıqlanmayan Ağ Ev rəsmisi məlumat yayıb.
Bildirilib ki, Venslə birlikdə Pakistana ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də yollanacaq.
Qeyd edək ki, Donald Tramp bundan öncə bəyan edib ki, təhlükəsizliklə bağlı narahatlıqlar, xüsusən də səfərdən əvvəlki vaxt 24 saatdan az olarsa, Məxfi Xidmət Vitse-prezidentin təhlükəsizliyini təmin edə bilməyəcək.
Daşqın HəsənovMissiya.Az