AZ

“Qala Həyat Sığorta” yeni rəqəmsal şəxsi kabinetini təqdim edir VİDEO

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qala Həyat Sığorta Şirkəti” ASC müştərilər üçün xidmət keyfiyyətini daha da artırmaq məqsədilə yeni rəqəmsal şəxsi kabinetini istifadəyə verib. Şirkətdən Demokrat.az-a verilən məlumata görə, artıq vətəndaşlar sığorta müqavilələrini idarə etmək üçün əlavə vaxt itirmədən bütün əməliyyatları onlayn şəkildə həyata keçirə biləcəklər.Yeni platforma istifadəçilərə öz sığorta portfellərini izləmək, müqavilələrə nəzarət etmək və zəruri məlumatları operativ əldə etmək imkanı yaradır. Bu yenilik, həmçinin xidmətlərdə şəffaflığın və əlçatanlığın artırılmasına yönəlib.Rəqəmsal həllərin tətbiqi müştəri məmnuniyyətinin yüksəldilməsi və müasir texnologiyalara uyğun xidmət modelinin qurulması baxımından mühüm addımdır.Qeyd edək ki, yeni şəxsi kabinet vasitəsilə istifadəçilər istənilən vaxt və məkandan öz sığorta əməliyyatlarını rahatlıqla idarə edə biləcəklər.Əlaqə üçün:Bakı şəhəri, İzmir küçəsi 5A

Qaynar xətt: 1540

Tel: (012) 404 77 74

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr