AZ

Hüseyn Həsənov evlənib? - VİDEO

Rusiyada yaşayan bloger Hüseyn Həsənovun ailə qurduğu ilə bağlı iddialar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, bu söz-söhbətə səbəb onun öz hesabında paylaşdığı foto və videolar olub.

Kadrlarda toy ab-havası yaradıldığı üçün bir çox izləyici onun evləndiyini düşünüb. Lakin sonradan məsələnin fərqli olduğu üzə çıxıb: paylaşılan görüntülər Hüseyn Həsənovun dostunun məclisindən olub. Bloger gəlinlə olan kadrları paylaşaraq izləyicilərində yanlış təəssürat yaradıb.

"Gusein Gasanov" kimi tanınan Hüseyn Həsənov daha çox əyləncəli videoları, dəbdəbəli həyat tərzi və geniş izləyici kütləsi ilə tanınır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
21
1
yenisabah.az

2Mənbələr