AZ

Ülviyyə Fətəliyeva 15 şahmatçıya qarşı eyni anda oynadı FOTO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin Slovakiyadakı səfirliyinin təşkilatçılığıyla qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Ülviyya Fətəliyeva Vyana və Bratislavada şahmatçılar üçün seans keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu eyni vaxtda 15 iştirakçıya qarşı mübarizə aparıb. Ülviyyə Fətəliyeva şahmatçılarla görüşdən məmnun olduğunu və turnirin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarılığını bildirib.

Qeyd edək ki,Azərbaycan çempionu olan Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Bu ilin mart ayında səkkiz ölkədən on şahmatçının qatıldığı turnirdə doqquz turda 6,5 xal toplayaraq "IV Women's Chess Championship"də birincilik qazanıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
icma.az

8Mənbələr