AZ

3 manata görə polisə düşdülər Bolt un sürücüsü döyüldü

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonunda 24 yaşlı oğlan gediş haqqı üstündə taksi sürücünə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 24-də Xırdalan şəhərində baş verib. 2002-ci il təvəllüdlü Valeh həmin gün saat 19 radələrində sərnişini olduğu “Toyoto Prius” markalı avtomobilin sürücüsü Sadiq (adlar şərtidir – red.) aralarında gediş haqqınna görə mübahisə yaranıb. Şəhərin “AAAF-Park” yaşayış massivində yerləşən məscidin yanında taksi sürücüsünə yumruqla zərbələr vurub, ona xəsarətlər yetirib. İş üzrə izahat verən Valeh törətdiyi əmələ görə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xırdalan şəhəri, “AAAF-park” yaşayış kompleksində Sevda adlı qadınla qeyri-rəsmi birlikdə kirayə yaşayır, vətən müharibəsi iştirakçısıdır:“Fevralın 24-də, saat 18 radələrində şəhərin H.Əliyev prospektində qeyri-rəsmi birlikdə yaşadığım Sevdanın qızları – Aydan və Ləmanla birlikdə yaşadığımız yaşayış kompleksində yerləşən məscidin yaxınlığına getmək üçün mobil telefonundan “Bolt” tətbiqi vasitəsilə taksi sifariş verdik. Sürücü əvvəllər tanımadığım, adı sonradan mənə məlum olan Sadiq adlı şəxs bizi “AAAF-park”da bazarın yaxınlığına aparacağını dedi. Lakin biz məscidin yanına getməli olduğumuzu söylədik”. Təqsirləndirilən şəxs deyib ki, qeyd olunan ünvana çatdıqda Aydan sürücünün kartına 3 manat göndərib və onlar maşından düşüblər: “Sürücü isə əlavə pul verməyimizi istədi. Həmin vaxt aramızda sözlü mübahisə yarandı. Aydan pulunu artıqlaması ilə verdiyini dedi. Bu zaman sürücü Aydanın ünvanına xoşagəlməz sözlər işlətdi. Mən isə sürücüyə getməsini dedim. Bu zaman o, məni də söydü və maşından düşərək mənə yumruq atdı. Onun atdığı yumruq sifətimə dəydi. Mən də cavab olaraq onun sifətindən bir dəfə yumruq vurdum. Bu zərbə onun sol gözünün üstünə dəydi, qaş nahiyəsi qanadı”. İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, özünə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:“Fevralın 24-də, saat 18:46-da “Bolt” tətbiqində daxil olmuş sifariş əsasında Xırdalan şəhəri, H.Əliyev prospekti, "OMİD" mağazası yaxınlığında bir nəfər oğlan və iki nəfər qadını sərnişin qismində götürdüm və sifariş əsasında Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksinin girişində yerləşən bazarın yanına gətirdim. Həmin şəxslər kompleksdə yerləşən məscidin yanında düşməli olduqlarını bildirdilər. Mən isə sifarişdə qeyd edilənin göstərilən ünvan olduğunu dedim, əlavə ünvana aparmağım üçün əlavə ödəniş etməli olduqlarını bildirdim. Həmin şəxslər sürməyimi dedilər və mən də yola davam edərək onların dedikləri ünvana çatdım. Bu zaman onlar maşından düşdü və xanım sərişinlərdən biri məndən kart nömrəmi istədi. O, kartıma ilk ünvan üçün qeyd olunan 3 manat məbləği göndərdi. Mən isə əlavə ödəniş də etməli olduqlarını dedim. Lakin qadınlardan biri məni təhqir edərək getməyimi bildirdi”. Zərərçəkmiş qeyd edib ki, bu zaman o həmin qadına cavab verib: “Onlarla birlikdə gələn, adı sonradan mənə məlum olan Tural adlı şəxs məni söydü, yaxınlaşaraq anda sifət nahiyəmə iki dəfə yumruq zərbəsi vuraraq oradan qaçdı. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verdim”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
38
demokrat.az

10Mənbələr