Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosialxidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənməproqramı həyata keçirilir.
Trend xəbərverir ki, IDEA İctimai Birliyi, ADA Universiteti və SosialXidmətlər Agentliyinin birgə tərəfdaşlığı ilə icra olunan proqramsosial xidmət müəssisələrində yaşayan uşaqların sosial və emosionalbacarıqlarının inkişafını dəstəkləyir. Proqramın icrasına ötənaydan etibarən başlanılıb və hazırda uğurla davam etdirilir.
Proqram çərçivəsində 1, 2 və 3 saylı uşaq evi sosial xidmətmüəssisələrində yaşayan uşaqlar üçün həftəlik təlim sessiyalarıtəşkil olunur. Sessiyalarda 100-dən çox uşaq iştirak edir. Təlimlərzamanı iştirakçıların ünsiyyət, özünüifadə, emosiyaların idarəolunması, komanda işi və qarşılıqlı əməkdaşlıq bacarıqlarınıninkişafına xüsusi diqqət yetirilir.
Proqram çərçivəsində təşkil olunan təlimlər ADA Universitetinintələbələri tərəfindən həyata keçirilir. Təlim prosesinineffektivliyinin və keyfiyyətinin təmin edilməsi məqsədiləuniversitetin müəllim heyəti tərəfindən iştirakçılara mütəmadimetodiki dəstək göstərilir, sessiyaların məzmunu və yanaşmalarıüzrə müvafiq istiqamətləndirmə aparılır.
Təşəbbüsün əsas məqsədi sosial xidmət müəssisələrində yaşayanuşaqların sosial-emosional inkişafını dəstəkləmək, onlarınözünəinamını gücləndirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirməkvə cəmiyyətə daha fəal inteqrasiyasına töhfə verməkdir.