AZ

ABŞ də iranlı qadın silah alveri ittihamı ilə saxlanılıb

ain.az bildirir, Baku.ws portalına istinadən.

ABŞ-də iranlı qadın milyonlarla dollarlıq silah ticarətində ittiham olunaraq saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Məlumata görə, 44 yaşlı İran vətəndaşı Şamim Mafi Los-Anceles hava limanında həbs edilib. İstintaq versiyasına əsasən, o, ABŞ sanksiyalarını pozaraq silah satışında vasitəçilik edib.

Bildirilir ki, Mafi İran istehsalı olan pilotsuz uçuş aparatları, bombalar, partlayıcı qurğular, hücum silahları və milyonlarla patronun Sudana satılması prosesində iştirak edib. Hətta dəyəri 70 milyon dollardan çox olan "Mohajer-6" tipli dronların tədarükü ilə bağlı müqavilədə də adı hallanır.

İddialara görə, o, Omanda qeydiyyatdan keçmiş şirkət vasitəsilə Türkiyə və BƏƏ üzərindən əməliyyatlar apararaq sanksiyalardan yayınmağa çalışıb. ABŞ Federal Təhqiqatlar Bürosu onun İranın xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu ehtimal edir.

Şamim Mafi saxlanılan zaman Türkiyəyə uçmağa hazırlaşırmış. Təqsiri sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
baku.ws

2Mənbələr