AZ

Yaxın Şərq böhranı dünya iqtisadiyyatına 50 milyard dollardan çox ziyan vurub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Reuters agentliyinin "Wood Mackenzie" və "Kpler" analitiklərinə istinadən yaydığı məlumata görə, Yaxın Şərqdə davam edən münaqişə fonunda neft hasilatı planlarının pozulması dünya iqtisadiyyatına 50 milyard dollardan çox ziyan vurub. 

Ekspertlərin hesablamalarına əsasən, fevral ayının sonundan etibarən qlobal bazardan 500 milyon bareldən çox xam neft və kondensat kənarlaşdırılıb ki, bu da müasir tarixin ən böyük enerji təchizatı kəsintisi hesab olunur. 

Analitik İen Mout qeyd edib ki, itirilmiş həcm dünya üzrə aviasiya sektorunun 10 həftəlik tələbatına və ya qlobal avtomobil hərəkətinin 11 günlük tam dayandırılmasına bərabərdir. Mütəxəssislər bu miqyasda bir böhranın fəsadlarının hələ aylar, hətta illər boyu hiss olunacağı barədə xəbərdarlıq edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr