AZ

Ekspert yeni yaradılan ixtisasın maaşı ilə bağlı AÇIQLAMA VERDİ

"Dünyada elm və təhsil sahəsində baş verən dəyişikliklər artıq Azərbaycana da öz təsirini göstərməkdədir".

Bunu Day.Az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

O, yeni yaradılan "Daşınmaz əmlakın idarə olunması ixtisası"nın perspektivlərindən danışıb.

Ekspert bildirib ki, ənənəvi təhsil sistemindən qalan ixtisaslardan tədricən uzaqlaşmaq, daha müasir yanaşmalara və yeni ixtisasların tətbiqinə yönəlmək hazırda zəruridir.

"Xüsusilə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı bu gün daha da aktuallaşır. Ölkənin ali təhsil müəssisələrində indiyədək daşınmaz əmlak sahəsi üzrə ayrıca ixtisas mövcud olmayıb. Halbuki son illərdə, xüsusilə iri şəhərlərin yenidən qurulması fonunda bu sahə ilə bağlı müxtəlif ekspert rəyləri səsləndirilir. Lakin bu fikirləri bildirən şəxslərin əksəriyyəti ixtisaslı mütəxəssis deyil. Bakı Dövlət Universitetində və bəzi digər ali məktəblərdə kadastr və yer quruluşu ilə bağlı ixtisaslar olsa da məhz daşınmaz əmlak sahəsini əhatə edən ayrıca proqramın olmaması hiss olunurdu", - deyə o bildirib.

M.Məmmədli əlavə edib ki, bu sahə üzrə ixtisasların yaradılması müəyyən gecikmə ilə həyata keçirilsə də müsbət addım kimi qiymətləndirilə bilər:

"Belə ki, bu ixtisas üzrə təhsil alan məzunlar gələcəkdə əmək bazarında daha tez iş tapmaq imkanına malik olacaqlar. Çünki artıq bu sahədə peşəkar, hazırlıqlı mütəxəssislərə ehtiyac artır və onlar qeyri-ixtisas sahiblərini əvəz edəcəklər.

Bununla yanaşı, məsələnin elmi-texniki tərəfi də diqqət mərkəzində olmalıdır. Ali təhsil müəssisələri bu istiqamətdə müvafiq dərs vəsaitlərini hazırlamalı, müasir laboratoriyalar yaratmalı və tədris prosesinə peşəkar müəllimlər cəlb etməlidirlər. Beynəlxalq təcrübənin öyrənilməsi də xüsusi əhəmiyyət daşıyır", - o qeyd edib.

Həmçinin təhsil eksperti əməkhaqqı məsələsinə də toxunub. 

"Hazırda təhsil alan tələbələr ən azı dörd ildən sonra əmək bazarına daxil olacaqlar. Bu müddət ərzində iqtisadi şəraitdə, o cümlədən maaş səviyyələrində dəyişikliklər baş verə bilər. Ona görə də indidən proqnoz vermək

Seçilən
13
day.az

1Mənbələr