Həbsdə olan Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı barəsində məhkəməyə müraciət edilib.
Publika.az xəbər verir ki, bu barədə S.Qasımlı özü məlumat yayıb.
O bildirib ki, həyat yoldaşı barəsindəki cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış Qurbanəli Yusifov bu dəfə ona qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.
Q.Yusifov Azər Qasımlının həyat yoldaşının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) əsasən cəzalandırılmasını istəyib.