AZ

Azərbaycanın U-17 millisinin UEFA İnkişaf Turniri üçün ilkin heyəti bəlli olub

UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycanın U-17 millisinin ilkin heyəti bəlli olub.

Bu barədə "Report"a AFFA-dan məlumat verilib.

17 yaşadək futbolçulardan ibarət yığma bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.

U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. Aqil Nəbiyevin baş məqşçisi olduğu kollektiv turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.

N. Ad / Soyad Klub
1 Ülvi Abbaslı Sumqayıt
2 Oqtay Mehrəliyev Qarabağ
3 Əkbər Əhmədov Sabah
4 Qüdrət Qarayev Kəpəz
5 Ruslan Quliyev Neftçi
6 Vaqif Nəbiyev Qarabağ
7 Əbubəkir Abdullayev Sabah
8 Roman Fərzəli Qarabağ
9 Arda Əzizli Qarabağ
10 Vaqif Məmmədli Sabah
11 Tunar Bayramov Qarabağ
12 Nazim Əliyev Srvena Zvezda (Serbiya)
13 Əhəd Hacızadə Qarabağ
14 Yusif Orucəliyev Qarabağ
15 Nihad Hüseynzadə Sabah
16 Şikar Şikar Neftçi
17 Firdovsi Şeydayev Sabah
18 Nicat Əhmədzadə Marcet (İspaniya)
19 Rəsul Balakişiyev Marcet (İspaniya)
20 Ümid Əliyev Hueska (İspaniya)
21 Amin İmanverdiyev Osense (İspaniya)
22 Tunar Əsgərzadə Qarabağ
23 Ömər Kosayev Sumqayıt
24 Yusif Quliyev Marcet (İspaniya)
25 Ruslan Əbilov Sabah
26 Hikmət Mirzə Nastik İdman Akademiyası (İspaniya)
Seçilən
9
4
far.az

10Mənbələr