AZ

Qvardiola: “Arsenal zirvədədir, diqqətimiz yayınmamalıdır

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqadakı çempionluq yarışı və "Arsenal"la keçirilən gərgin oyun barədə danışıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin gücünü etiraf edərək, oyunun səviyyəsindən razı qaldığını bildirib:​"Bu qarşılaşma Premyer Liqa üçün əla reklam idi. Rəqib bizə oyun qurmağa imkan vermirdi, çox aqressiv çıxış edirdi. Onlar ikili mübarizələrdə kifayət qədər güclüdürlər. Karyeram boyu qarşılaşdığım ən rəqabətli komandalardan biri ilə oynadıq. Xüsusilə təkbətək epizodlarda və uzun ötürmələrdə çox effektivdilər".Qvardiola rəqib yarımmüdafiəçi Deklan Raysın oyununu xüsusi qeyd edərək, matçın gedişatını təhlil edib:​"İkinci topları qazanmaqda Rays möhtəşəm idi. Onlar bizə arxadan oyun qurmağa imkan vermədilər. Meydanda hər iki komandanın üstün olduğu anlar var idi və qol şansları yaradıldı. Sonda hər şeyi xırda detallar həll etdi. Meydanda iki çox güclü məşqçi və yüksək səviyyəli futbolçular var idi. Amma indi oyunlar üç gündən bir keçirilir və bu, çox böyük güc tələb edir".​Təcrübəli mütəxəssis turnir cədvəlindəki vəziyyəti dəyərləndirərək, diqqəti itirməməyin vacibliyini vurğulayıb:"Reallıq odur ki, Arsenal zirvədədir və hazırda top fərqinə görə bizi qabaqlayır. Biz müsbət məqamları dəyərləndirməliyik, lakin diqqətimiz yayınmamalıdır. Cəmi üç gündən sonra bizi "Barnli" ilə növbəti sınaq gözləyir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
sport24.az

1Mənbələr