Bakı. Trend:
Yaponiyanın şimal-şərq sahilində yaşayan sakinlərə mümkün sunamibarədə xəbərdarlıq edilib.
Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın MilliMeteorologiya İdarəsi məlumat yayıb.
Bir müddət əvvəl Yaponiya adasının şimalında yerləşən Aomoriprefekturasında 7,5 maqnitudalı zəlzələ baş verib. Bildirilir ki,ilk dalğalar yaxın vaxtlarda sahilə çata bilər. Dalğanınhündürlüyünün 3 metrə qədər çata biləcəyi deyilir. Xüsusi riskzonasında İvate, Aomori və Miyagi prefekturaları, eləcə də Hokkaydoadasının cənub hissəsi yerləşir.
Bundan 2 gün əvvəl (18 apreldə) Yaponiyanın Naqanoprefekturasında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltıtəkanların maksimal gücü Yaponiyada qəbul edilən yeddibal şkalayaəsasən 5+ səviyyəsində olub. Zəlzələnin ocağı 10 kilometrdərinlikdə yerləşib. Heç kim xəsarət almayıb, dağıntı qeydəalınmayıb.