Hazırda siyasi partiyanın ofisinin yerləşdiyi Binəqədi rayonu, Azadlıq prospekti, 161b ünvanındakı binaya elektrik enerjisinin verilişi dayandırılıb.
Bildirilib ki, sözügedən ünvanda işıq kəsintiləri artıq dəfələrlə təkrarlanıb. Məlumata görə, ətrafdakı digər binalarda, o cümlədən qarşıdakı yaşayış binasında elektrik enerjisinin verilişi normal qaydada davam edir.
Bəs hazırda baş verən kəsintinin səbəbi nədir?
Məsələ ilə bağlı “Cebheinfo.az” "Azəriqaz"ın mətbuat xidməti ilə əlaqə saxlayıb.
Qurumdan verilən məlumata görə, sözügedən ərazidə elektrik enerjisinin kəsilməsi planlı təftiş işləri ilə əlaqədardır:
“Hazırda transformator üzərində baxış və təmizləmə işləri aparılır. Bu cür texniki yoxlamalar vaxtaşırı həyata keçirilməlidir. İşlərin saat 12:00-dək yekunlaşdırılması və həmin vaxtdan sonra elektrik enerjisinin verilişinin bərpa olunması nəzərdə tutulur".
Qeyd edək ki, Binəqədi rayonu, Azadlıq prospekti, 161b ünvanında Azad Vətən Partiyası, Gələcək Partiyası, Vəhdət Partiyası və Yeni Zaman Partiyası yerləşir.