Bakı, 20 aprel, AZƏRTAC
İran ABŞ ilə mənasız danışıqlara vaxt itirmək niyyətində deyil və Vaşinqtonun mövqeyinin aydınlaşmasını gözləyir.
AZƏRTAC xəbər verir ki, Əl-Cəzirə telekanalı bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əziziyə istinadla məlumat yayıb. “Danışıqlar İran üçün konkret və aydın nəticələrə gətirib çıxarmalıdır. Lakin ABŞ hələlik bu danışıqlarda öz mövqeyini dəqiq müəyyən edə bilməyib”, - deyə İbrahim Əzizi bildirib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi isə öz növbəsində Tehranın İslamabadda ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak edib-etməmək barədə hələ qərar vermədiyini vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp ABŞ nümayəndə heyətinin bazar ertəsi günü İranla danışıqlar aparmaq üçün Pakistana yola düşəcəyini açıqlayıb.