"Mingəçevir"in nigeriyalı futbolçusu Abba Usman Rekord.az-a müsahibə verib:
- Usman, neçə müddətdir Azərbaycandasan?
- Keçən ilin yanvar ayından burdayam.
- "Mingəçevir"lə müqavilən nə zaman bitir?
- İlin sonunda.
- Özünü burda necə hiss edirsən?
- Çox gözəl, özümü xoşbəxt hiss edirəm. Hər şey çox gözəldi. Şəhər də, klub da, insanlar da. Özümü xoşbəxt hiss edirəm.
- Komandanızın Premyer Liqa şansını necə görürsən?
- Şansıməz var. Hazırda turnir cədvəlində 2-ci pillədəyik, bu yer ən azı pley-off-da oynamağa imkan verir. İnşAllah Premyer Liqaya yüksələrik.
- Əgər ikinci pilləni tutsanız, böyük ehtimal "Qəbələ" və "Kəpəz"dən biri ilə qarşılaşacaqsınız. Bu komandaları keçə bilərsiniz?
- Bir matçdan ibarət oyun olacaq və çətin olacaq. Həm "Qəbələ", həm də "Kəpəz" yaxşı komandalardı. Amma bizim də qələbə şansımız var və bu komandalara qarşı oynamağa hazırıq.
- Son turda "Difai" üsərində çətin qələbə qazanmaqla 2-ci pilləyə yüksəldiniz və qələbə qolunu da son dəqiqədə penaltidən sən vurdun. Həmin oyun haqda da fikirlərin maraqlıdır.
- "Difai" ilə oyun həqiqətən çətin keçdi. Son dəqiqələrə qədər hesab bərabər idi. Yalnız son dəqiqədə penalti ilə qələbə qolunu vurub vacib qələbə qazandıq və 2-ci pilləyə yükəldik.
- Penaltini məhz sən vurdun. Həmin an özünü zərbəyə hazır hesab edirdin?
- Bəli, bəli hazır idim, çünki daha öncə də penaltidən fərqlənmişəm.
- Azərbaycanda tanıdığın, dostluq etdiyin futbolçular var?
- Premyer Liqada "Şamaxı"da oynayan Abdulla Şuaybu dostumdu. Həm də eyni şəhərdə yaşayırıq. "Karvan"da oynayanda Qavi də həmçinin, yaxın dostumdu.
Anar XANLAROV
-