AZ

Azərbaycanda elektron satınalmaların məbləği 14%-ə yaxın artıb

BAKI, 20 aprel. TELEQRAF

2026-cı ilin yanvar-fevral ayları ərzində elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 11,1%, məbləğ üzrə isə 13,9% artıb.

Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, qeyd edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bu, sağlam rəqabətin, KOB-ların fəallığının və iqtisadi diversifikasiyanın göstəricisidir.

Seçilən
4
3
teleqraf.com

10Mənbələr