Bakı.Trend:
Hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrırayonlarında yağış və fasilələrlə külək müşahidə olunur. Yağışlı,çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsininməhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq,sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər araməsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığınanəzarət etməlidirlər.
Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)sürücülərə müraciətində bildirilib.
"Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq,piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqlarıüçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarınamüraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yolhərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir", - müraciətdəqeyd olunub.