AZ

HƏMAS hakimiyyəti təhvil verməyə və tərksilaha HAZIRDIR

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hakimiyyətin tam təhvil verilməsi üçün bütün hazırlıqları başa çatdırıb və tərksilaha hazırdır.

“Cebheinfo.az” xəbər verir ki, bunu "New York Times" qəzeti hərəkatın siyasi rəhbərliyindəki iki məmura istinadən yazıb.

Nəşrin məlumatına görə, yeganə maneə Qəzza zolağında birbaşa yeni administrasiyanın olmamasıdır, o, hazırda Qahirədə fəaliyyət göstərir. Qəzzanı idarə etmək üçün texnokratik komitə 14 yanvarda yaradılıb, lakin üzvləri hələ də Misir paytaxtındadır.

Mənbələr vurğulayıblar ki, HƏMAS yeni administrasiyada iştirakında israr etmir, lakin müstəqil Fələstin dövləti yaradılana qədər Fələstinin siyasi həyatında iştirak etməyə və İsrailə müqavimət göstərməyə davam etmək niyyətindədir. Hakimiyyətin təhvil verilməsinə qədər hərəkat daxilində bütün yeni təyinatlar və vəzifə yüksəlişləri dayandırılıb.

Tərksilah məsələsinə gəldikdə, HƏMAS polisə və digər təhlükəsizlik qüvvələrinə məxsus minlərlə kiçik silahı təhvil verməyə hazırdır. Lakin hərbi qanadının tərksilah edilməsi ilə bağlı suala cavab olaraq rəsmilər əmin deyildilər.

Mart ayının sonunda “Reuters” agentliyi “Sülh Şurası”nın HƏMAS-a yeraltı tunel şəbəkəsinin məhv edilməsini də əhatə edən tərksilah üçün səkkiz aylıq plan təqdim etdiyini bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
3
cebheinfo.az

4Mənbələr