AZ

ADPU-nun Filologiya fakültəsində yeni layihəyə start verilib

”Mütaliədən təfəkkürə” adlı layihənin ilk tədbiri fakültənin professor-müəllim heyətinin iştirakı ilə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında təhsil alan F2415B qrupunun tələbələri arasında keçirilib.

QHT.az bildirir ki, şifahi xalq ədəbiyyatına həsr olunmuş tədbir zamanı tələbələr Azərbaycan folklorunun zəngin irsini əks etdirən müxtəlif nümunələrlə çıxış ediblər. Onlar nağıllar, bayatılar təqdim edərək həm səhnə bacarıqlarını nümayiş etdirib, həm də milli-mənəvi dəyərlərin təbliğinə töhvə veriblər. 

Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova çıxış edərək layihənin əhəmiyyətindən danışıb. O, bu cür təşəbbüslərin tələbələrin yalnız nəzəri biliklərini deyil, həm də praktik bacarıqlarını inkişaf etdirdiyini vurğulayıb. Dekan layihənin təşkilində fəallıq göstərən F2415B qrupunun tələbələrini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu kimi tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib.

Sonda uğurlu çıxışlarına görə tələbələrə sertifikat və kitablar təqdim olunub.

Seçilən
16
qht.az

1Mənbələr