Zanbaqçiçəyi(digitalis) yüksək konstrasiyalı ürək qlikozidləri ehtiva edir, durnaotu (sikuta) qıcolmalara vənəfəs darlığına səbəb olan sikutotoksin ehtiva edir; xallı baldırğanın tərkibində iflic yaradan alkaloidlər (koniin) var; gənəgərçək ağır qastroenterit və çoxsaylı orqan çatışmazlığına səbəb olan risin maddəsinə görə təhlükəlidir.

Bəzi bitkilərin (məsələn, mürəkkəbçiçəklilər, taxıllar, həmçinin ağcaqayın) çiçəkləri allergiyaya yol aça bilər. Sosnovski borşeviki (Heracleum sosnowskyi) və yasenets (elmi adı: Dictamnus albus, xalq arasında "yandıran kol") isə tərkibindəki furanokumarinlər səbəbindən tez-tez fotodermatitə (günəş yanığına), bəzən isə ağır – birinci və ikinci dərəcəli yanıqlara səbəb olur.
Qaymaqçiçəyi fəsiləsinə aid bitkilər (məsələn, qaymaqçiçəyi, adonis, anemon) də təhlükəlidir. Bu bitkilərin suyu olduqca zəhərli hesab edilir.
Xüsusilə canavar giləsinin parlaq qırmızı meyvələri təhlükəlidir: onun şirəsinin dəriyə toxunması belə dermatit yarada bilər, qəbul edildikdə isə ciddi zəhərlənməyə səbəb olur.

Bundan başqa, inciçiçəyidə zəhərli bitkilər sırasındadır. Onun tərkibində ürək fəaliyyətinə təsir edən qlikozidlər var və bitkinin bütün hissələri – yarpaq, kök və meyvəsi – toksik hesab olunur. Hətta kiçik miqdarda qəbulu ürək ritminin pozulmasına səbəb ola bilər.
Bu bitkinin 2–3 çiçəyi uşaqlar, 5–10 giləsi isə böyüklər üçün təhlükəli doza sayılır.
Mütəxəssislər bildirirlər ki, bəzi bitkilərin kəskin qoxusu allergik reaksiyalar, baş ağrısı və başgicəllənmə yarada bilər. Həssas şəxslərə belə güclü qoxulu çiçəklərdən uzaq durmaq tövsiyə olunur.
Eyni zamanda, zərərsiz görünən bəzi çiçəklər ev heyvanları üçün təhlükəli ola bilər. Məsələn, nərgiz və laləkimi bitkilər heyvanlarda zəhərlənməyə səbəb ola bilər.

Yazın daha bir məşhur çiçəyi – yasəmən – əksər insanlar üçün təhlükəsizdir, lakin baş ağrısına meyilli olan şəxslər ona qarşı ehtiyatlı olmalıdır. Güclü qoxu bəzi hallarda vəziyyətin pisləşməsinə səbəb ola bilər.
Həkimlərin sözlərinə görə, zəhərlənmə zamanı ilk simptomlar bitkinin növündən asılı olaraq 15–30 dəqiqə ərzində ortaya çıxa bilər. Əlamətlər adatən ürək ritminin pozulması, qan təzyiqinin düşməsi, ürəkbulanma, qusma və ishaldır.
Belə hallarda zəhərli maddə ilə təmas dərhal dayandırılmalı, əllər, üz, ən əsası ağız su ilə yuyulmalı və təcili tibbi yardım çağırılmalıdır. Dərinin zədələnməsi zamanı isə zələnmiş hissə bol su və sabunla yuyulmalı və günəşdən qorunmalıdır.
Mütəxəssislər xüsusilə vurğulayırlar ki, bəzi hallarda qusma yaratmaq qəti qadağandır, çünki bu, ürək fəaliyyətinə ciddi zərər verə bilər. Həmçinin zərərçəkənə süd, yağlı qidalar və ya qatıq, kefir kimi süd məhsulları vermək olmaz. Bu məhsullar yağda həll olunan toksinlərin sorulmasını sürətləndirir.
Röya Əliyeva
AzVision.az