AZ

“Bu funksiyalar yerinə yetirilməzsə, iqtisadi sistem zəifləyə bilər” ŞƏRH

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2020-ci ildən başlayaraq qlobal iqtisadi sistem köklü dəyişiklik mərhələsinə daxil olub. Qloballaşmanın klassik modeli olan sərbəst bazarların üstünlüyü, dövlətin az müdaxiləsi və istehsalın coğrafi baxımdan səmərəli yerləşdirilməsi artıq əvvəlki təsirini itirməkdədir”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib:

“Pandemiyalar, geosiyasi gərginliklər, sanksiyalar, hərbi əməliyyatlar, enerji və ərzaq təhlükəsizliyi məsələləri, texnoloji rəqabət və iqlim dəyişiklikləri dövlətin iqtisadiyyatda rolunu yenidən formalaşdırır. Bu şəraitdə əsas sual belədir: dövlət bazarın alternativi kimi çıxış etməlidir, yoxsa onun strateji tərəfdaşına çevrilməlidir?

Minimal dövlət modelinin sonu

1990–2010-cu illərdə üstünlük təşkil edən yanaşma dövlətin iqtisadiyyatda rolunu əsasən tənzimləyici və nəzarət funksiyaları ilə məhdudlaşdırırdı. Bu modelə görə:

a) bazar resursları ən səmərəli şəkildə bölüşdürür,

b) dövlət müdaxiləsi səmərəliliyi azaldır,

c) qlobal inteqrasiya riskləri azaldır”.

Deputat əlavə edib ki, bu yanaşmaya uyğun olaraq qloballaşma siyasəti qurulmuşdu:

“Lakin son onillikdə baş verən hadisələr bu modelin məhdudiyyətlərini üzə çıxardı. COVID-19 pandemiyası göstərdi ki, səhiyyə, logistika və istehsal zəncirlərində dövlətin fəal iştirakı olmadan sistem zəifləyir. Eyni zamanda enerji bazarlarında dalğalanmalar və ərzaq qiymətlərinin artması strateji sahələrin tam bazar mexanizmlərinə buraxılmasının riskli olduğunu göstərdi.

Yeni iqtisadi şəraitdə dövlətin rolu üç əsas istiqamətdə genişlənir:

a) Strateji sahələrin qorunması və inkişafı

Energetika, logistika, kənd təsərrüfatı, müdafiə sənayesi və rəqəmsal infrastruktur artıq yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Bu sahələrdə uzunmüddətli sərmayə, yerli istehsalın dəstəklənməsi və mühüm texnologiyaların mənimsənilməsi vacibdir.

b) Sənaye siyasətinin geri dönüşü

Böyük iqtisadiyyatlar ənənəvi sənaye siyasətinə qayıdır. Yarımkeçiricilər, süni zəka və yaşıl enerji kimi sahələrdə dövlət dəstəyi genişlənir. Bu, bazarın özünü tənzimləməsi yanaşmasının zəiflədiyini göstərir.

c) Əlaqələndirmə və risklərin idarə olunması

Qlobal şoklar şəraitində dövlət maliyyə sabitliyini qoruyur, sosial riskləri azaldır və təchizat zəncirlərinin davamlılığını təmin edir.

Bu funksiyalar yerinə yetirilməzsə, iqtisadi sistem zəifləyə bilər”.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
icma.az

1Mənbələr