AZ

7 övladını öldürən şəxsin kimliyi bəlli oldu

ABŞ-ın Luiziana ştatında baş verən atışmanı ABŞ ordusunun veteranı Şamar Elkins törədib.

Publika.az “New York Post” qəzetinə istinadla xəbər verir ki, öldürülən səkkiz uşaqdan yeddisi onun öz övladı olub.

Daha əvvəl Luiziana Ştat Polisi ABŞ-ın Şrivport şəhərində baş verən atışmada bir yaşdan on dörd yaşa qədər səkkiz uşağın öldüyünü bildirmişdi. Hücumda şübhəli bilinən şəxs təqib zamanı polis əməkdaşları tərəfindən güllələnərək öldürülmüşdü.

Nəşr bildirir ki, "Luiziana ştatında özünün yeddi uşağı da daxil olmaqla, səkkiz uşağı öldürən atıcı 31 yaşlı ordu veteranı olub".

Faciədən bir müddət əvvəl o, uşaqları ilə çoxsaylı şəkillərini, o cümlədən Pasxa bayramında birlikdə kilsəyə səfərindən şəkillərini paylaşmışdı. Bir paylaşımda o, Allahdan ruhi sağlamlıq problemlərinin öhdəsindən gəlməsində ona kömək etməsini diləmişdi.

Seçilən
14
publika.az

1Mənbələr