AZ

Balakəndə çörəkbişirmə sexində yanğın olub

Balakən şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsinin tavanı 160 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
1073
9
apa.az

10Mənbələr