AZ

"Azərbaycan-Türkiyə-Pakistan dostluğu dünyaya bir örnəkdir"

Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Forumda Azərbaycan, Türkiyə və Pakistan liderləri iştirak ediblər. 

Qeyd edək ki, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif arasında baş tutan görüşdən yayılan səmimi görüntülər qısa zamanda geniş marağa səbəb olub. Rəsmi tədbirlər çərçivəsində çəkilməsinə baxmayaraq, fotoda liderlərin rahat davranışı, gülərüz ünsiyyəti və qarşılıqlı dostluq münasibətləri açıq şəkildə hiss olunur. Bu cür anlar üç ölkə arasında yalnız siyasi deyil, həm də şəxsi münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir və ictimaiyyət tərəfindən müsbət qarşılanır.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu dünyaya bir örnəkdir:

"Dünya bu üç ölkənin həmişə bir yerdə, qardaş kimi olduqlarının, öz birliklərini dünya problemlərinin həllinə yönəltdiklərinin bir daha şahidi olur. Üç liderin görüşü münasibətlərimizi bir daha dərindən nəzərdən keçirməyə, birgə problemləri birlikdə həll etmək üçün mütəşəkkil hərəkət etməyə, eyni zamanda regionda təhlükəsizliyin möhkəmlənməsi üçün fəaliyyətimizi koordinasiya etməyə imkan verir. Türkiyə və Pakistan dünyanın aparıcı siyasi iştirakçılarıdır. Türkiyənin mövqeyindən regionda çox məsələ asılıdır. Pakistanın Amerika-İran münaqişəsinin diplomatik yolla həllində rolu böyükdür. Onun paytaxtında görüşlərin keçirilməsi bunu bir daha göstərir. Azərbaycan isə iki qardaşının uğurlarına sevinir, eyni zamanda birlikdə bir çox məsələlərin həllinə birgə səy göstərdiyimizi nümayiş etdir".

Aytəkin TOFİQQIZI

Seçilən
30
redaktor.az

1Mənbələr