ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
Mövsümün sonunda “Neftçi”dən ayrılacaq ilk futbolçunun adı bəlli olub.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı klubu rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin ilə yollarını ayıracaq.
Bu mövsüm “ağ-qaralar”ın heyətində nadir hallarda meydana çıxan oyunçu ilə müqavilənin müddəti yenilənməyəcək.
Qeyd edək ki, Kristian Kostin ötən ilin yayında “Neftçi” ilə 1+1 illik müqavilə imzalayıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.