AZ

“Rusiya Avropa ilə dialoq axtarır” Peskov

ain.az bildirir, 525.az portalına istinadən.

“Rusiya heç vaxt digər ölkələrlə dialoqdan imtina etməyib, lakin əksər hallarda Avropadan buna qarşılıq verilməyib”. 

525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Biz dialoqdan imtina etmirik, əksinə, biz dialoq axtarırıq”, - o bildirib.

Əlavə edib ki, Moskva Bolqarıstanın gələcək Baş naziri Rumen Radevin və bir neçə digər Avropa siyasətçisinin Rusiya ilə praqmatik dialoqa ehtiyac duyulması barədə açıqlamalarından təsirlənib: 

"Biz bunu alqışlayırıq. Həmçinin inanırıq ki, mövcud olan hər hansı fikir ayrılıqları, qarşılıqlı maraqlardakı hər hansı uyğunsuzluq yalnız danışıqlar masasında həll edilə bilər və edilməlidir".

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr