AZ

Dənizdə təəccüblü mənzərə: Narıncı rəngə BOYANDI - FOTOLAR

Ajans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahilin bəzi hissələrində dənizin rənginin dəyişməsi bunu görənləri təəccübləndirib. Namık Kamal Universitetinin (NKÜ) Çorlu Mühəndislik Fakültəsinin dekanı, professor Lokman Hakan Tecer Anadolu Agentliyinə açıqlamasında bildirib ki, dəniz suyunun temperaturunun artması ilə planktonların çoxalması hər il müşahidə olunur. Onun sözlərinə görə, şəhərdə zaman-zaman belə hallar baş verir: “Havanın temperaturunun artdığı bu dövrdə dənizdə mövsümi dəyişikliklər olur. Təbiətdə olduğu kimi, dənizdə də müəyyən dövrlərdə mövsümi hadisələr baş verir. Plankton adlanan bioloji canlılar çoxalma zamanı kütləvi artım yaşayır. Planktonun növündən asılı olaraq dəniz narıncı və ya qəhvəyi rəngə çevrilə bilər.” Bölgə sakinlərindən Orxan Çebi də bildirib ki, bu rəng dəyişməsi mövsümi xarakter daşıyır və narahatlıq doğuracaq bir vəziyyət deyil.

Seçilən
45
Ajans.az

1Mənbələr