AZ

"Real"dan Antonio Rüdiger qərarı

"Real" Antonio Rüdigerin mövsümün sonunda başa çatan müqaviləsini uzadacaq.

Sportal.az xəbər verir ki, almaniyalı yaşlı müdafiəçi oyun keyfiyyəti və fiziki forması ilə bağlı “kral klubu”nun rəhbərliyində yaranan bütün şübhələri aradan qaldırıb. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.

Məhz buna görə klub Rüdigerlə olaraq danışıqlara başlayıb. 33 yaşlı futbolçu ilkin olaraq iki illik müqavilə tələb etsə də, bir illik anlaşmanı qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Antonio Rüdiger cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
23
sportal.az

1Mənbələr