AZ

Azərbaycan Mərkəzi Bankı investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqləyib

Azərbaycan Mərkəzi Bankının qərarı ilə “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda” təsdiqlənib və sənəd dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək. Qayda investisiya şirkətləri və xarici investisiya şirkətlərinin filialları üçün kapital və risk çərçivəsini müəyyən edir.

Banker.az xəbər verir ki, Qayda investisiya şirkətlərinin məcmu kapitalının strukturu, komponentləri, leverec əmsalı, likvidlik tələbləri və ümumi kapital tələbinin hesablanma qaydalarını müəyyənləşdirir.

Sənədə əsasən, investisiya şirkətinin nizamnamə kapitalı yalnız milli valyutada ödənilən pul vəsaiti hesabına formalaşdırılmalıdır.

Şirkətlər fəaliyyət müddətində həm hesablanmış cəmi kapital tələbinə, həm də Mərkəzi Bankın müəyyən etdiyi minimum nizamnamə kapitalına bərabər və ya ondan yüksək məcmu kapitala malik olmalıdır.

Məcmu kapitalın cəmi kapital tələbinə və ya minimum nizamnamə kapitalına nisbəti 1.025-dən aşağı düşdükdə, şirkət dərhal bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.

▫️ II kateqoriyalı investisiya şirkətləri üçün davamlı kapital tələbi minimum nizamnamə kapitalı, əməliyyat və inzibati xərclərin 25%-i və K-faktor tələblərinin ən böyüyü əsasında müəyyən edilir.

Seçilən
43
banker.az

1Mənbələr