ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Avropa Komissiyası Yaxın Şərqdəki müharibənin yaratdığı enerji qiymət artımına qarşı tələbi azaltmaq və enerji səmərəliliyini artırmaq üçün yeni tədbirlər paketi hazırlayır.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, gələn həftə üzv ölkələrə təqdim olunacaq layihə sənədində yüksək enerji qiymətlərinə “təcili rahatlama” vermək məqsədi ilə bir sıra təşviqedici addımlar nəzərdə tutulur.
Sənədə əsasən, mümkün olan sahələrdə həftədə ən azı bir gün uzaqdan iş rejiminin tətbiqi təşviq ediləcək.
Eyni zamanda, ictimai nəqliyyatdan istifadənin artırılması üçün subsidiyaların verilməsi planlaşdırılır.
İstilik nasosları, qazanlar və günəş panelləri kimi enerji səmərəli texnologiyalar üçün ƏDV güzəştləri də gündəmdədir.
Sənəddə həmçinin elektrikləşdirmə sahəsində “iddialı”, lakin hələ açıqlanmamış hədəflərin müəyyən ediləcəyi bildirilir. Bu çərçivədə istilik nasosları, elektrikli avtomobillər və kiçik həcmli batareyalar üçün sosial lizinq proqramlarının hazırlanmasına dəstək veriləcəyi qeyd olunur.
Avropa Komissiyası daha əvvəl, 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra enerji böhranı dövründə üzv ölkələrə oxşar tövsiyə ilə çıxış edərək termostatların (yəni evdə istilik və soyutma sisteminin temperaturunu tənzimləyən cihazların) bir dərəcə aşağı salınmasını təklif etmişdi.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.