AZ

"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də - FOTOLAR

(®) Bakı şəhərinin premium həyat tərzi məkanlarından biri olan "Dreamland"də türk mətbəxinin tanınmış brendlərindən "Kaşıbeyaz" fəaliyyətə başlayıb.

Türkiyədə uzun illərə dayanan kulinariya irsini və qonaqpərvərlik ənənəsini özündə birləşdirən "Kaşıbeyaz", Bakıda həm dad, həm də konsept baxımından fərqli bir restoran təcrübəsi təqdim etməyi hədəfləyir. Brendin şəhərə gəlişi, paytaxtın restoran və həyat tərzi səhnəsində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.

"Kaşıbeyaz Dreamland Baku"nun menyusu şeflərin ustalıqla hazırladığı seçilmiş türk təamları ilə formalaşdırılıb. Ət yeməkləri və kabab növlərindən tutmuş, ənənəvi məzələrə və məşhur şirniyyatlara qədər geniş çeşid qonaqlara təqdim olunur. Hər bir təam keyfiyyətli inqrediyentlər və klassik reseptlər əsasında hazırlanaraq, müasir təqdimatla servis edilir. Məkanın interyeri isə, zövqlü detalları, geniş və işıqlı sahəsi, eləcə də rahat atmosferi ilə seçilərək həm gündəlik ziyarətlər, həm də xüsusi görüşlər üçün uyğun mühit yaradır.

Restoranın rəsmi açılışı 19 aprel tarixində keçirilib.

Açılış çərçivəsində media nümayəndələri, seçilmiş qonaqlar və influencerlər üçün xüsusi proqram təşkil olunub. Tədbir zamanı Kaşıbeyaz-ın konsepti, kulinariya yanaşması və təqdim etdiyi təcrübə qonaqlara təqdim edilib.

"Kaşıbeyaz Dreamland Baku" hər kəsi əsl türk mətbəxinin dadını kəşf etməyə və yeni bir qastronomik ünvanla tanış olmağa dəvət edir.

Ünvan: Dreamland Baku

Əlaqə telefonu: +994 998 99 19 19

İnstagram: kasibeyaz.baku

KaşıbeyazBakıKaşıbeyazDreamlandBakutürk mətbəxi BakıKaşıbeyaz restoran BakıDreamland Baku restoranlarBakıda yeni restoranlartürk restoranı Bakıkabab restoranı Bakıən yaxşı türk mətbəxi BakıKaşıbeyaz menyu Bakılüks restoran Dreamlandqastronomiya Bakı restoranlarıət yeməkləri restoran Bakışirniyyat restoranı Bakırestoran açılışı Bakı 2026Bakıda premium restoranlartürk kulinariya brendi BakıKaşıbeyaz açılışıBakı restoran tövsiyələriDreamland qastronomiya məkanı
Seçilən
14
15
marja.az

10Mənbələr