AZ

Rusiyadan idxal edilən 19 ton yağ məhsulunda uyğunsuzluq aşkarlandı

Nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından idxal olunmuş bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yağ "Jirovoy Kombinat" müəssisəsinin istehsalıdır. "Oba Market" MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton "Şedroye Leto" əmtəə nişanlı, 82.5%-lik, 1 kq-lıq məhsul partiyasında "3-monoxlorpropan1,2-diol (3-MCPD)" və "qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri" göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir.

Seçilən
21
18
publika.az

10Mənbələr