AZ

"Qarabağ"ın müdafiəçisinə daha bir təklif gəldi - Kevin Medinanı ABŞ klubu istəyir

"Qarabağ"ın müdafiəçisi Kevin Medinaya daha bir təklif gəlib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu dəfə kolumbiyalıya dəvət göndərən klub ABŞ təmsilçisidir.

MLS-də mübarizə aparan komandanın rəsmiləri 2020-ci ildən Azərbaycanda çıxış edən müdafiəçi ilə əlaqə saxlayıb. Onlar "Tank" ləqəbli mərkəz oyunçusunu 2+1 illik müqavilə şərtləri ilə tanış eləyib.

Həmçinin Türkiyə, Səudiyyə Ərəbistan və Avropanın bir ölkəsindən ona dəvət gəlib.

Medinanın "köhlən atlar"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Bura Portuqaliyanın ikinci liqasından "Naval"dan dəvət olunmuş Kevinın arzusu ABŞ-yə getməkdir. Çünki ona ən yüksək maaşı amerikanlılar ödəməyə razıdır.

Əslində, kolumbiyalının son həftələrdəki bərbad çıxışı bununla bağlıdır. Medinanın fikri ailəsinə yaxın yerdə, okeanın o tayında qalıb.

Heç cür konsentrasiya ola bilmir "Qarabağ"a. Odur ki, hər oyunda kobud səhvlərlə yadda qalır. "Sabah"la çempionluq qarşılaşması da bu qəbiləndəlir.

Məhz Kevinin ilk hissənin sonunda yol verdiyi xəta komandasını 0:1 hesablı məğblubiyyətə məhkum etdi.

saytlarin hazirlanmasi

Seçilən
20
1
sportal.az

2Mənbələr