AZ

Bu yağları almayın - 19 ton məhsulda... - FOTO

Nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından idxal olunmuş bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yağ "Jirovoy Kombinat" müəssisəsinin istehsalıdır. "Oba Market" MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton "Şedroye Leto" əmtəə nişanlı, 82.5%-lik, 1 kq-lıq məhsul partiyasında "3-monoxlorpropan1,2-diol (3-MCPD)" və "qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri" göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir.

Faktla bağlı agentlik tərəfindən qanunauyğun tədbir görülərək, sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
14
milli.az

10Mənbələr